AZ

"Mask kölgədəki prezidentdir" şərhinə Trampdan reaksiya: O, prezident ola bilməz!

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünyanın ən varlı adamı və onun ən böyük dəstəkçisi İlon Maskın prezident olmasının mümkünlüyü ilə bağlı zarafatyana açıqlama verib.

Turkustan.az xəbər verir ki, seçki kampaniyası zamanı və ondan sonra ən çox danışılan ad və Trampın ən böyük dəstəkçisi dünyanın ən zəngin adı İlon Mask olub. Tramp Maska hökumətin səmərəliliyi üzrə katib vəzifəsini verdi. Mask Trampın seçki kampaniyasına 130 milyon dollar ianə edib və bu arada Maskın sərvəti 84 milyard dollar artıb.

Buna görə də ötən həftə "Washington Post" xəbərində Mask “kölgə prezident” kimi təsvir edilmişdi.

Bu hadisələrin ardınca Phoenixdə bir tədbirdə çıxış edən Tramp Maskın prezident olma ehtimalı ilə bağlı zarafatcıl açıqlamalar verib. Tramp, "Xeyr, o, prezident olmayacaq, bunu deyə bilərəm ki, mən təhlükədə deyiləm, bilirsiz niyə? Çünki, Mask bu ölkədə doğulmayıb" deyib.

Yeni prezident Cənubi Afrika əsilli Maskı tərifləyərkən yumoristik şərhlər edib. Konqresin bəzi Demokrat üzvləri Maskın respublikaçılara təsirindən narahat idilər.

Bldirək ki, Tramp əleyhinə olan qrup Trampı “vitse-prezident”, Maskı isə "prezident" adlandırdıqları videolar yayımlayıblar.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
44
turkustan.az

10Mənbələr