Şimali Koreya Rusiyada qoşunlarının sayını artırmağa hazırlaşır.
Azpost.info Yonhap Xəbər Agentliyinə istinadən bildirir ki, bu barədə Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir.
“Çoxsaylı kəşfiyyat hesabatlarının hərtərəfli qiymətləndirilməsi göstərir ki, Şimali Koreya Rusiyada rotasiya etməyə və ya qoşunlarının sayını artırmağa hazırlaşır”.
Məlumatda həmçinin deyilir ki, Şimali Koreya Rusiyaya eyni zamanda 240 mm-lik reaktiv yaylım atəşi sistemləri və 170 mm-lik özüyeriyən silahlar verir. Şimali Koreyanın kamikadze dronların istehsalına və tədarükünə doğru getdiyinə dair bəzi əlamətlər də var.
Məlumatda qeyd olunur ki, Rusiyaya göndərilmiş Şimali Koreya qoşunları arasında qurbanların sayının hazırda təxminən 1100 nəfər olduğu təxmin edilir.