Türkiyə birinci liqasında 17-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Erokspor"la heç-heçə edib (1:1).
Diniyev meydana 72-ci dəqiqədə buraxılıb.
Hazırda "Bandırmaspor" 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi