Zəncirvari qəza 41 nəfərin ölümünə səbəb olub
Braziliyada baş verən zəncirvari yol qəzasında həyatını itirənlərin sayı 41-ə çatıb.
Reyting.az xəbər verir ki, qəza Braziliyanın Minas Gerais əyalətinin Teofilo Otoni qəsəbəsindəki BR-116 şosesində qeydə alınıb.
Qəzada ölənlərin sayının 41-ə yüksəldiyi və şəxsiyyəti müəyyənləşdirmə işlərinin davam etdiyi bildirilir.
Məlumata görə, qəzaya qarşı tərəfdən gələn yük maşınından qopan qranit bloku səbəb olub və yük maşınının sürücüsü axtarılır.
V. QULİYEV