AZ

“Turan Tovuz”dan böyük üstünlük

Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib.

İdman.biz xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

yer

komanda

oyun

tamaşaçı

Orta

1

Turan Tovuz

9

39700

4411

2

Neftçi

9

21931

2437

3

Sumqayıt

9

21450

2383

4

Qarabağ

9

13820

1536

5

Sabah

9

12904

1434

6

Şamaxı

9

9800

1089

7

Kəpəz

9

9650

1072

8

Səbail

9

6500

722

9

Zirə

9

6400

711

10

Araz-Naxçıvan

9

2200

244

Cəmi

90

144355

1604

İdman.biz

Seçilən
4
4
idman.biz

10Mənbələr