AZ

Gəncə Avtomobil Zavodunda istehsalın başlanmasından 20 il ötür

Bakı. Trend:

Azərbaycan müasir avtomobil sənayesinin flaqmanlarındanbiri olan Gəncə Avtomobil Zavodunda istehsalın başlanmasının 20-ciili tamam olur. Möhtərəm Prezident İlham Əliyevin başlatdığıiqtisadi islahatların, o cümlədən regionların iqtisadipotensialının hərəkətə gətirilməsinin nəticəsi olaraq 2004-cü ilindekabr ayından fəaliyyətə başlayan zavodda elə həmin il dekabrın24-də ilk minik avtomobili konveyerdən çıxıb. Artıq 20 ildir ki,Gəncə Avtomobil Zavodu özünün uğurlu fəaliyyəti ilə ona bəslənənetimad və ümidi layiqincə doğruldur.

Xatırladım ki, əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsüilə qoyulan Gəncə Avtomobil Zavodunun tikintisinə 1986-cı ildəbaşlanmışdı. Həmin vaxt bu qərar Ermənistanda narazılıq vəqısqanclıqla qarşılansa da, ulu öndər Heydər Əliyevin nüfuzu vəmöhkəm iradəsi sayəsində zavodunun təməli Azərbaycanda, Gəncədəqoyuldu. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı,1990-cı ilin əvvəlindən isə artıq 1,5 tonluq yük avtomobillərininistehsalına başlanmalı idi. Zavod tikilsə də, sovetlər birliyinindağılması nəticəsində burada istehsala başlamaq mümkün olmadı.

Regionların inkişafında başlanan yeni mərhələ, Prezident İlhamƏliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrındaGəncə Avtomobil Zavodu işə salındı. Həmin vaxt ilk olaraq RusiyanınNaberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərinistehsalı üzrə zavodla bağlanan müqaviləyə əsasən “VAZ-11113”-“OKA”markalı avtomobillərin yığımına başlandı. 2004-cü il dekabr ayının24-də isə müəssisənin konveyerində yığılan ilk avtomobil hazır olduvə bu əlamətdar hadisə şəhər səviyyəsində təntənəli şəkildə qeydedildi.

Həmin dövrdə zavodun ilk məhsulu Birinci Qarabağ müharibəsi,habelə Böyük Vətən müharibəsi iştirakçılarına – əlillərə vəveteranlara təqdim olundu. Ölkənin müxtəlif bölgələrində yaşayan120 nəfər bu kateqoriyadan olan şəxs Gəncə avtozavodunda yığılan«OKA» avtomobillərə sahib oldular. Ümumimilikdə isə müəssisədə 314«OKA» avtomobili istehsal edildi.

İlk addımlarını müvəffəqiyyətlə atan Gəncə Avtomobil Zavodu2005-ci ildə “UAZ” ASC ilə imzalanan razılaşmaya əsasən Rusiyanın“UAZ” avtomobillərinin 10 modelinin yığımına başladı. Bir ilmüddətində 243 ədəd “UAZ” avtomobili yığılaraq istifadəyə verildi.Bundan sonra Gəncə Avtomobil Zavodu ilə 2005-ci ilin oktyabr ayındaÇinin “Çanqan” şirkəti arasında müqavilə imzaladı. Bu sənədə əsasənmüəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımınabaşlanıldı. Bir il müddətində ümumilikdə 68 “Çanqan” markalıavtomobil yığılaraq istifadəyə verildi.

2006-cı ildən müəssisənin həyatında yeni bir səhifə açıldı. Beləki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrındaBelarusa səfəri zamanı bu ölkənin traktor və avtomobil zavodlarıilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədəBelarusun dövlət başçısı ilə razılığa gəlindi və həminmüəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlanıldı.Müqaviləyə uyğun olaraq 2007-ci ilin mart ayında Belarusdan daxilolan komplektləşdiricilərin əsasında “Belarus” traktorlarının“Belarus 80.1” , “Belarus 82.1”, “Belarus 1221”, “Belarus 1025”,“Belarus 892” və “Belarus 80X” modellərinin istehsalına başlanıldı.2018-ci ilin aprelində müəssisədə on mininci traktor istehsaledildi. Ümumilikdə 2007-ci ildən indiyədək zavodun bazasında 15000-ə yaxın traktor yığılıb.

2007-ci ilin aprel ayından isə Gəncə Avtomobil Zavodunda MAZavtomobillərinin yığımı təşkil olundu. 2013-cü ildə “Minsk təkərlidartıcılar” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən2014-cü ildən dartıcı avadanlıqların istehsalına başlanılıb.İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda “MAZ”avtomobillərinin və traktorların yığımı hazırda da davam etdirilir.İndiyədək zavodda 3000-ə yaxın 20 modeldə “MAZ” markalı yük maşınıvə müxtəlif texnikalar istehsal olunub.

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Belarus-Azərbaycanbirgə iqtisadi əlaqələri çərçivəsində fəaliyyətini son illərdə birqədər də genişləndirib. Belə ki, 2019-cu ildən Belarusun elektrikavtobuslarının və taxılyığan kombaynların Gəncədə birgə istehsalolunması barədə razılıq əldə olunub. Elektrobuslar həm ekoloji, həmdə yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişin üçünnəzərdə tutulan və 60 kilometr/saat sürətlə hərəkət edənelektrobusun akkumulyatoru enerjidoldurma stansiyası tərəfindən 6dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Müəssisədə ilərzində 150 elektrobusun yığılıması mümkündür.

Gəncə Avtomobil Zavodunda Belarus yanğınsöndürmə texnikasınınistehsalı da həyata keçiriləcək. Bununla bağlı müqavilə 2024-cüilin iyun ayında Belarusda “Gəncə Avtomobil Zavodu” İB, “MinskAvtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında imzalanıb.Yanğınsöndürmə texnikası “Pojsnab” şirkəti tərəfindən istehsalediləcək, onun yığılması isə Gəncədə həyata keçiriləcək.

Hazırda Belarusun “Moqilyovtransmaş”, “Minsk”, “Bobruysk”,“Qomselmaş”, “Belkommunaş” kimi iri sənaye müəssisələri ilə sıxəməkdaşlığımız uğurla davam edir. Yığılan yük avtomobili və digərtexnikaların 40-50 faizini yerli istehsal təşkil edir.

Belarusla yanaşı Rusiyanın da tanınmış maşınqayırma müəsissələriilə də əməkdaşlıq əlaqələri yaradılıb. Bağlanmış müqavilələrəəsasən artıq bir neçə ildir ki, “KamAZ” və “Ural” markalı yükmaşınlarının da yığılması həyata keçirilir. “KamAZ” ASC-nin GəncəAvtomobil Zavodu İB ilə birgə layihəsinə 2014-cü ildə startverilib. Respublikamızda “KamAZ”ın ilk partiyası 2015-ci ildənsatışa buraxılıb. Hazırda Gəncədə 8 model “KamAZ” avtomobillərininistehsalına nail olunub və indiyədək 1500-ə yaxın avtomobilistismara verilib.

Rusiya müəssisələri ilə əməkdaşlıq çərçivəsində indiyədəkzavodda 700-dək URAL markalı yük avtomobilinin də yığımı həyatakeçirilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatıtexnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərətələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobillərivə kənd təsərrüfatı texnikaları üçün “Araz Vadisi İqtisadi Zonası”Sənaye Parkında “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İB-inbirgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC-nin servismərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Xatırladım ki,Cəbrayıl rayonu “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkındayaradılan servis mərkəzinin təməli 2021-ci il oktyabr ayınıdaPrezident İlham Əliyev cənablarının iştirakı ilə qoyulub. 2023-cüil iyunun 17-də də isə cənab Prezidenti İlham Əliyevin və RusiyaFederasiyasının Tatarıstan Respublikasının Rəisi RüstəmMinnixanovun iştirakı ilə açılışı olub. Servis mərkəzinin məqsədiişğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan yükavtomobillərinə və yüklərin daşınmasını həyata keçirəcək tranzitavtomobillərə, digər texnikalara peşəkar xidmətingöstərilməsidir.

Ümumiyyətlə, Gəncə Avtomobil Zavodu maşınqayırma sənayesisahəsində Azərbaycan-Rusiya və Azərbaycan-Belarus uğurluəməkdaşlığının real təsdiqidir. Məhz Prezident İlham Əliyevin səyiilə Belarus və Rusiya müəssisələri ilə faydalı və səmərəliəməkdaşlıq əlaqələri yaradılaraq inkişaf etdirilir. Lakin zavodunfəaliyyəti yalnız Rusiya və Belarus avtomobillərinin yığımı iləyekunlaşmır. Belə ki, Gəncə Avtomobil Zavodu digər ölkələrin dətanınmış avtomobil maşınqayırma müəssisələri ilə əməkdaşlıqçərçivəsində kənd təsərrüfatı texnikalarının istehsalını həyatakeçirməkdə maraqlıdır. Məsələn, zavodda bir neçə il əvvəlFinlandiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsiəsasında müasir kombaynların yığılmasına da başlanılıb. Bu texnikaAzərbaycan şəraitində özünü kifayət qədər doğrultmaqla fermerlərinmarağına səbəb olub. Təkcə 2023-cü ildə 50 ədəd “Sampo” markalıkombayn istehsal olunub.

Gəncədə həm də alman traktorlarının yığımı həyata keçirilir.Bununla bağlı 2023-cü ilin may ayında İtaliyanın “SDF group”şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlanılıb və ilkin mərhələdəDEUTZ-FAHR 4100 W-6205 g və AGROFARM-115 g traktor modellərininGəncədə yığılması üçün razılıq əldə edilib. Keyfiyyəti ilə seçilənalman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərəalaraq ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasınıplanlaşdırır. Müqavilənin şərtlərinə görə, zavod yığılacaqtraktorların model sırasını gələcəkdə genişləndirməyi nəzərdətutur.

Azərbaycanda aparılan tikinti-quruculuq işlərində, həmçinin kəndtəsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacınödənilməsində, eyni zamanda respublikamızın ixracatında “GəncəAvtomobil Zavodu” İB-nin fəaliyyəti önəmli rol oynayır. 20 ilbundan öncə ölkə başçısının qayğı və dayağı nəticəsində ərsəyəgətirilən Gəncə Avtomobil Zavodu hazırda həm istehsalına, həm dəiqtisadi və maliyyə göstəricilərinə görə respublikamızda öndə gedənsənaye müəssisələrdən biridir. Bu illər ərzində cənab Prezidentİlham Əliyevin diqqət və qayğısını üzərimizdə hiss edərəkmüəssisədə istehsal sahələrinin yüksələn xətlə genişləndiridməsinənail olduq. Əgər 2004-cü ildə 80 işçi ilə işə başlamışdıqsa, bu günonların sayı 500 nəfərdən çoxdur.

Xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsindəzavod istehsal olunan maşın və texnikaların çeşidini hər ilartırır. Bunun nəticəsidir ki, istehsal edilən texnikaların ümumisayında ildən ilə artım müşahidə olunur. Məsələn, 2022-ci ilərzində 587 müxtəlif modeldə traktor yığılmışdısa, 2023-cü ilinmüvafiq dövründə bu rəqəm 662 traktror təşkil edib ki, bu da 12,7faiz artım deməkdir. Həmçinin müəssisədə 2023-ci il ərzindəmüxtəlif təyinatlı 341 KAMAZ, 23 ədəd KAMAZ şassisi üzərindəquraşdırlımış vaxta avtobusu yığılıb. Təbii ki, 2024-cü ilinnəticələri zavodun uğurlu fəaliyyətinin növbəti təsdiqi olacaq.

Gəncə Avtomobil Zavodunun fəaliyyətindən bəhs edərkən birməsələni də böyük qürur hissi ilə qeyd etmək istərdim. Müəssisəninötən 20 illik tarixində əlamətdar hadisələr çoxdur. Hər dəfəhansısa modeldən olan avtomobilin, traktorun, yük maşınının və yadigər texnikanın ilk dəfə konveyerdən çıxması əlamətdar hadisəyəçevrilib. Lakin hesab edirəm ki, bu sırada zavodun Vətən müharibəsidövründəki arxa cəbhə fəaliyyəti xüsusi qeyd olunmalıdır. Böyükfəxrlə bildirmək istəyirəm ki, torpaqlarımızın işğaldan azadolunması ilə nəticələnən 44 günlük savaş günlərində Gəncə AvtomobilZavodunun bütün resursları hərbi əməliyyatlar zamanı zədələnmişhərbi texnikalarımızın bərpasına yönəldildi. Həmin günlərdəGəncənin Ermənistan tərəfindən davamlı şəkildə bombalanması biziqorxuda və ya çəkindirə bilməzdi. Əksinə, həmin günlərdəkollektivimiz daha da mübariz oldu, öz əməlləri ilə böyükzəfərimizin əldə olunmasına layiqli töhfələr verdi. Təsadüfi deyilki, həmin vaxt zavod 3 növbəli olmaqla, 24 saatlıq iş rejimindəçalışdı, hər bir əməkdaş böyük fədakarlıq göstərdi. Döyüşlər zamanızədələnmiş hərbi texnikalar qısa müddətdə bərpa olunaraq, yenidəncəbhəyə yola salındılar. Bu baxımdan Gəncə Avtomobil ZavodununVətən müharibəsi dövründəki fəaliyyəti, müəssisənin hər bir üzvününfədakarlığı, müəssisənin tarixinin şərəf səhifəsidir.

Gəncə Avtomobil Zavodunun fəaliyyəti Prezident İlham Əliyvinqeyri-neft sektorunun inkişafı ilə bağlı yürütdüyü siyasətin bariznümunəsidir. Ötən 20 ildə qarşıya qoyulan vəzifələri layiqincəyerinə yetirən Gəncə Avtombil Zavodu bu gün həm də Azərbaycanavtomobil sənayesinin flaqmanlarından biri, respublikadasənayeləşmə istiqamətində həyata keçirilən dövlət siyasətininuğurlu bəhrəsidir.

Hazırda müəssisə özünün yeni inkişaf dövrünü yaşayır. Daimdövlətimizin və onun rəhbərinin diqqət və qayğısını hiss edən bumüəssisə ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuqişlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın vətexnikalara olan ehtiyacın ödənilməsində önəmli rol oynayır. Xaricitərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavodistehsal olunan maşın və texnikaların çeşidini ildən-iləartırır.

Ötən dövr ərzində fəaliyyəti dövlət başçısı tərəfindən yüksəkqiymətləndirilib, işçilər "Tərəqqi” medalı, «Əməkdar mühəndis»fəxri adı ilə təltif ediliblər. Möhtərəm Prezidentimizin zavodagələrək görülən işlərlə yerində maraqlanması, istehsal sahələri ilətanış olması müəssisənin fəaliyyətinə yüksək stimul verib.

Gəncə Avtomobil Zavodu müasir, keyfiyyətli və sərfəli nəqliyyat,kənd təsərrüfatı və yük avtomobilləri ilə bundan sonra həmrespublikada daxili tələbatı uğurla ödəyəcək, həm də ixracata böyüktöhfələr verəcək.

Xanlar Fətiyev
Milli Məclisin deputatı,
“Gəncə Avtomobil Zavodu” İstehsalat
Birliyinin Müşahidə Şurasının sədri

Seçilən
7
1
az.trend.az

2Mənbələr