1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan Respublikasında başqa məzmunlu söhbətlər sırf daxili siyasi problemlərin həlli üçün edilib. Bu kontekstdə mən çox böyük səhv etdim: 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda yuxarıda deyilənləri özümə etiraf eləmədim, bütün bunları insanlar üçün aydınlaşdırmadım”, - baş nazir qeyd edib.
Müəllif: Mənsur Rəğbətoğlu