Amerikalı iş adamı İlon Mask ABŞ-ın Avropanın müdafiəsinə ayırdığı xərclərdən qəzəblənib.
“Niyə Amerika vergi ödəyiciləri Avropanın müdafiə xərclərinin dörddə birini maliyyələşdirir? Xüsusilə bizim böyük büdcə kəsirimizi və davamlı borc artımını nəzərə alsaq, bunun heç bir mənası yoxdur”, o sosial şəbəkələrdə yazıb.
Daha əvvəl Financial Times ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın NATO-nun müdafiə xərclərini artıra biləcəyini yazmışdı.
Macarıstanın baş naziri Viktor Orban Avropa və ABŞ-ın birlikdə Ukraynaya 310 milyard avro xərclədiyini bildirib.
DOĞRU.AZ