AZ

Azər Türk Bankdan bayramlar münasibətilə cashback kampaniyası

®Dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Google PayApple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində ödənişlər üzrə yeni kampaniyaya başlayır. 

Belə ki, 23 dekabr 2024-cü il tarixindən etibarən:

  • marketlərdə;
  • əyləncə mərkəzlərində;
  • oyuncaq mağazalarında; 
  • kitab mağazalarında; 
  • kinoteatrlarda; 
  • teatrlarda; 
  • restoranlarda;
  • kulinariya müəssisələrində

atb card debit, atb Junior  və yeni nəsil əməkhaqqı kartları ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 5% həcmində cashback hesablanacaqdır. 

Kampaniyanın müddəti 2025-ci il 05 yanvar daxil olmaqla həmin tarixədəkdir.

Kampaniya dövründə müştəriyə hesablanacaq maksimum cashback limiti 200 manat səviyyəsindədir.

Xatırladırıq ki, cashback  ay ərzində toplanaraq hər növbəti ayın 5-də müştərinin hesabına real pul vəsaiti kimi qaytarılır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Seçilən
21
6
banker.az

8Mənbələr