AZ

Salamanı almadı, əli hava qaldı - FOTO

Türkiyə Super Liqasının XVII turu çərçivəsində keçirilən “Trabzonspor” - “Bodrum” yarışından sonra klubların baş məşqçiləri arasında insident yaşanıb.

Modern.az-ın məlumatına görə, qonaqların baş məşqçisi Volkan Demirel “Trabzonspor”un baş məşqçisi Şenol Güneşlə əl sıxışmaqdan imtina edib.

"Bir iş olaraq vəzifəm yeni gələnə "xoş gəldin" deməkdir, lakin bu planlaşdırılmışdı. O, mənim ictimaiyyətə verdiyim bəyanatı öz ağlında qurub. Ölülərin üzərindən öz mənfəətlərini əldə etmək üçün istifadə edənlərə hörmətim yoxdur. İt gəlsə belə, "xoş gəldin" deyərdim”, - Şenol Günəş mətbuat konfransında deyib.

Qeyd edək ki, baş məşqçilər arasında gərginliyə səbəb ötən il Türkiyədə baş verən zəlzələdən sonra Şenol Günəşin açıqlaması olub.

1405146

Seçilən
10
3
modern.az

4Mənbələr