Şimali Koreya 2024-cü ilin sonunda hipersəsli orta mənzilli ballistik raket və ya qitələrarası raketi sınaqdan keçirə bilər.
Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bu, Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinin hesabatında yer alıb.
Hesabata görə, andiçmə mərasimi daxil olmaqla, ilin sonunda partiyanın plenar iclasından əvvəl və ya ondan sonra gözlənilmədən orta mənzilli hipersəs raketinin buraxılması ehtimalı var.
Koreya Xalq Ordusu hazırda qış təlimləri keçirir.
Gülşən Şərif