AZ

Sahibkarların şikayətləri 3 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında bazarda rəqabətin məhdudlaşdırılması ilə bağlı verilən şikayətlərin sayı 3 dəfə artıb.

Teleqraf.com Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 153 müraciətə baxılıb, onlardan 89-u təmin olunub.

Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 72 müraciətə baxılıb ki, bu da 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 3 dəfəyədək artım deməkdir.Baxılmış müraciətlərdən 40-ı təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı isə 52 olub və onlardan 32-si təmin edilib.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
3
teleqraf.com

1phrase_var_article.sources