Dekabrın 16-sı Sumqayıtda şirkət avtomobilinə basqın edərək külli miqdarda pul aparan daha bir nəfər polis tərəfindən saxlanılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, quldurluğa məruz qalmış avtomobil "Linkoil” MMC-yə məxsus olub.
Şirkət əməkdaşı Şahin Şirinovun idarə etdiyi "Chevrolet” markalı avtomobildən 127 298 manat pulu açıq talama yolu ilə aparan qrupun digər üzvü, 1981-ci il təvəllüdlü Sumqayıt sakini Namiq Məhəmməd oğlu Pirməmmədov keçirilən əməliyyatla polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun əvvəllər Cinayət Məcəlləsinin 127, 128 və 221-ci maddələrinə əsasən məhkum olunması da məlum olub.
Qeyd edək ki, daha əvvəl quldurluqda iştirak etmiş 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov da tutulmuşdu.