AZ

İsveçrə Ukrayna ilə bağlı ikinci konfrans keçirməyi planlaşdırmır

İsveçrə Xarici İşlər Nazirliyi bildirib ki, İsveçrə Ukrayna ilə bağlı ikinci konfrans keçirməyi planlaşdırmır.

Bu barədə “İzvestiya”ya ölkənin Xarici İşlər Nazirliyi məlumat verib.

“Hazırda İsveçrə ikinci sülh konfransı keçirməyi planlaşdırmır”, – nazirlik qeyd edib.

Eyni zamanda XİN əlavə edib ki, hazırda ölkə diqqəti atəşkəs danışıqlarına hazırlığa yönəldir.

Öz növbəsində, Rusiyanın Berndəki səfirliyi nəşrə vurğuladı ki, Rusiya tərəfi “açıq Kiyevpərəst kursu”na görə İsveçrəni Ukrayna münaqişəsində potensial vasitəçi hesab etmir.

DOĞRU.AZ

Seçilən
7
1
dogru.az

2Mənbələr