AZ

"Keyfiyyətli futbolçular gətirmək lazımdır ki, Premyer Liqanın səviyyəsi artsın" - MÜSAHİBƏ

"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç Misli Premyer Liqasının 18-ci turunun "Araz-Naxçıvan"la(2:0) görüşündən sonra jurnalistlərə müsahibə verib. Sportal.az monteneqrolunun müsahibəsini təqdim edir.

- "Araz-Naxçıvan"la görüşdə qələbə qazandınız. Oyun sizin üçün necə alındı?

- Çox maraqlı və sərt oyun alındı. "Araz-Naxçıvan" çox maraqlı komandadır. Vacib derbi idi. Şadam ki, ili üç xalla bitirdik. İndi aramızda 8 xallıq fərq var. Fasilənin ləzzətini çıxaracağıq. 

- Oyunun gedişində Urfan Abbasovla mübahisəniz var idi. Hətta bir epizodda cərimə zərbəsi başlayanda topu ona vurmuşdun. Onunla aranızda nə baş vermişdi?

- Mən topu Juninyoya vermək istəyirdi. Sadəcə elə alındı ki, top Ürfana dəydi. O da elə düşündü ki, bunu bilərəkdən etmişəm. Amma bunu qəsdən etməmişdim. Futboldur, derbidir, emosiyalar ola bilər. Mənim üçün hər şey meydançada qalır. Oyundan sonra hər şey unudulur.

- 2024-cü il özün üçün necə alındı? 

- Maraqlı il idi. Yaxşı keçdi. Biz çox oyun keçirdik. Hər zaman sağlam qalmaq olmur. Hər futbolçunun karyerasında belə hadisə baş verir. Xüsusisən də bizdə. Çox oyun keçirdik. İndi də bizdə heyətdə bir neçə zədəli futbolçu var. Ümid edirəm ki, 2025-ci ildə hər şey daha yaxşı olacaq. Mövsümün ikinci hissəsini daha yaxşı keçirib, daha yaxşı nəticələr qazanacağıq.

- Bu ili "Qarabağ" üçün necə dəyərləndirirsən?

- İli iki hissəyə bölərdim. İlin birinci hissəsində tarixi nəticələr əldə etdik. "Braqa" və "Bayer"ə(Leverkuzen) qarşı möhtəşəm pley-off oyunları keçirdik. İllər sonra da bu anları yada salacağıq. Çempionlar Liqasının seçmə mərhələsi...Təəssüflər olsun ki, pley-off mərhələsində dayandıq. Avropa Liqasında da çıxışa başladıq. Heç bir oyunda uduzmamalı idik. Yaxşı oyunlar göstərmişdik. Təəssüf ki, nəticələr xeyrimizə olmadı. Çalışacağıq ki, 2025-ci ildə bunu daha yaxşı edək.

- Necə düşünürsən, ötən mövsümlə müqayisədə Premyer Liqada rəqabət artıb, yoxsa necə?

- Birmənalı olaraq, bəli. Fərq hiss olunur. Çempionatda daha keyfiyyətli futbolçular oynayırlar. Azərbaycan futbolunda da çıxış yolu odur. Keyfiyyətli futbolçular gətirmək lazımdır ki, liqanının səviyyəsi, yaxşı oyunların sayı artsın, azarkeşlər stadiona gəlsin, oyunlar da yüksək səviyyədə keçsin.

- "Qarabağ"ın Avropa Liqasındakı vəziyyəti ürəkaçan deyil. Qarşıda iki matç qalıb. Vəziyyətə real baxsaq, şanslar necədir?

- Hər şey bizdən asılı deyil. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı iki oyunu udaq. Digər komandalar necə oynayacaq, ondan da çox şey asılıdır. Amma dediyim kimi, biz hər şeyi edəcəyik ki, qələbə qazanaq. Mübarizəni sona qədər aparacağıq.

- İlin sonunda müxtəlif sorğular keçirilir. Onlardan biri də Azərbaycanda "ilin ən yaxşı futbolçusu"dur. Sənə görə Azərbaycanda ilin ən yaxşı yerli oyunçusu kimdir?

- Mənə vaxt lazımdır, üzrlü sayın. Mən Toral Bayramovu deyərdim. Çox və vacib qollar vurub. Onun gözəl gələcəyi var.

Mirbağırağa

saytlarin hazirlanmasi

phrase_var_article.chosen
7
1
sportal.az

2phrase_var_article.sources