AZ

Şimali Kipr nümayəndəsi: Azərbaycanla iqtisadi əlaqələr lazımi səviyyədə deyil

Azərbaycan və Şimali Kipr arasında iqtisadi əlaqələr lazımi səviyyədə deyil.

“İki sahil” xəbər verir ki, bunu Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer Bakıda keçirilən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfransda bildirib.

Bununla belə, onun sözlərinə görə, son dövrlər iqtisadi əlaqələrdə hərəkətlənmə var: "Şimali Kiprdən olan investorların Azərbaycana marağı artıb. Bu istiqamətdə konkret addımların atılması üçün bir sıra tədbirlər görülür. Ölkələrimiz arasında ticarətin artırılması, hər iki ölkəyə fayda verəcək işlər hədəflənməlidir", - deyə o qeyd edib.

Seçilən
5
ikisahil.az

1Mənbələr