AZ

Fransa bu bazanı gücləndircək -MAKRON

“Sahil regionundakı kontingentin çıxarılmasından sonra Fransanın Afrikadakı əsas missiyalarını Cibutidəki hərbi baza həyata keçirəcək”. Vətəninfo.az  xəbər verir ki, bunu prezident Emmanuel Makron Çibutidəki Fransa kontingenti ilə görüşündə bildirib. O deyib ki, “Çox sayda ölkədə daimi bazalar yaratmaq narahatlıq doğurduğu üçün bu yanaşmanı dəyişmək lazımdır. Çünki Fransanın Afrikadakı rolu dəyişir, Afrikada dünya dəyişir, ictimai fikir dəyişir, hökumətlər dəyişir”.

Qeyd edək ki, Fransa kontingenti artıq Mali, Niger və Burkina-Fasodan çıxarılıb. Çaddakı qoşunların Fransaya qayıtması davam edir.

Hazırda Fransanın ölkə xaricində ən böyük kontingenti Cibutidə dislokasiya olunub. 1500 nəfərlik kontingent həm Fransa gəmilərinin Qırmızı dənizdə təhlükəsiz hərəkətini təmin edir, həm də Cibutinin hava məkanını qoruyur. 2024-cü ilin iyulunda Fransa ilə Cibuti arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Seçilən
7
veteninfo.az

1Mənbələr