Almaniyada Milad bazarına hücum edən şəxs həbs edilib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Maqdeburq şəhərində Milad bazarına avtomobillə hücum edərək 5 nəfəri öldürən Talib əl-Abdulmohsenin həbs olunduğu bildirilir.
Xatırladaq ki, dekabrın 20-də Maqdeburqda Milad bazarına hücumu Səudiyyə Ərəbistanı vətəndaşı Talib əl-Abdulmohsen həyata keçirib. Hücum nəticəsində biri 9 yaşlı uşaq olmaqla 5 nəfər həlak olub, 200-dən çox adam yaralanıb.
Maqdeburq Polis İdarəsindən verilən açıqlamada, Maqdeburq Regional Məhkəməsinin şübhəli barəsində beş cinayət, adam öldürməyə cəhd və təhlükəli yaralama ittihamı ilə həbs qərarı çıxardığı bildirilib.
Nərmin
Milli.Az