AZ

Suriyada 13 ildən sonra ilk: minlərlə insan iştirak etdi

13 ildir silah kölgəsi altında qalan Suriyanın Hələb şəhərində təşkil olunan konsertə minlərlə insan qatılıb.

Publika.az xəbər verir ki, müxalifətin ölkənin idarəçiliyini ələ keçirdiyi Suriyada həyat normallaşdığından xalq bayramlarını davam etdirir.

“Syria Relief” tərəfindən 4 saat davam edən konsert təşkil olunub. Konsertdə məşhur suriyalı sənətçi Yəhya Həvva səhnəyə çıxıb.

Əllərində Suriya inqilabı bayraqları tutan minlərlə insanın qatıldığı konsertdə "inqilab" və "müqavimət" himnləri səsləndirilib.

Seçilən
2
publika.az

1Mənbələr