Rusiyada “Şahid” PUA-larının detallarının saxlanıldığı anbar yandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, yanğın Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonasının ərazisindəki anbarda yanğın baş verib.
Bildirilib ki, anbarda 400 ədəd “Şahid-136” PUA-sının hazırlanması üçün nəzərdə tutulmuş füzelajlar, mühərriklər, naviqasiya sistemləri və teplovizorlar saxlanılırdı. Ümumilikdə dəyəri 16 milyon dollar olan detalların hamısı məhv edilib.