AZ

“Bunu gözləməli, müharibəni bitirməliyik”, D.Tramp

 

  “Rusiya prezidenti Vladimir Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söyləyib”. Bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Arizona ştatında keçirilən “AmericaFest” konfransında bildirib. O, Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini söyləyərək deyib: “Bunu gözləməliyik. Müharibəni bitirməliyik. Co Baydenin yerinə ABŞ prezidenti olsaydı, Ukrayna münaqişəsi alovlanmazdı”.

  Xatırladaq ki, dekabrın 19-da 2024-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Vladimir Putin Donald Trampla istənilən vaxt danışmağa hazır və onunla görüşməyə razı olduğunu bildirib.



Seçilən
3
trt.net.tr

1Mənbələr