Kanadanın Liberal Partiyasının deputatlarının 1/3-dən çoxu baş nazir Castin Trüdonun partiya lideri vəzifəsindən getməsini istəyir...
Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən CBC telekanalı məlumat yayıb.
Onların məlumatına görə, 50-dən çox liberal deputat bu mövqedən çıxış edir. Ancaq bunu açıq şəkildə cəmi 21 deputat bəyan edib. Ümumilikdə Kanada parlamentində Liberal Partiyasından 153 deputat oturur.
Dekabrın 16-da Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Poilievre bildirib ki, Trüdo təkcə ölkədə baş verən proseslərə deyil, həm də öz hökumətinə nəzarəti itirib. Onun sözlərinə görə, baş nazirin seçicilərə, immiqrasiyaya, xərclərə, inflyasiyaya və ya mənzil xərclərinə nəzarəti yoxdur və indi onun kabinetinə nəzarəti yoxdur.
Dekabrın 10-da bildirilib ki, Kanada hökumətinin başçısı üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınıb. Bu təşəbbüs parlamentin İcmalar Palatasının əksəriyyəti tərəfindən rədd edilib. Cəmi 152 deputat onu dəstəkləyib, 180 deputat isə əleyhinə səs verib.
Poliqon.info