AZ

Rekord Bakıda qeydə alındı - "Turan Tovuz"dan böyük üstünlük

Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

yer    komanda    oyun    tamaşaçı    Orta
1    Turan Tovuz    9    39700    4411
2    Neftçi        9    21931    2437
3    Sumqayıt        9    21450    2383
4    Qarabağ        9    13820    1536
5    Sabah        9    12904    1434
6    Şamaxı        9    9800    1089
7    Kəpəz        9    9650    1072
8    Səbail        9    6500    722
9    Zirə            9    6400    711
10 Araz-Naxçıvan 9    2200    244
      Cəmi        90    144355    1604

phrase_var_article.chosen
0
4
fanat.az

10phrase_var_article.sources