AZ

Elçin Məsiyev: “Bu məsuliyyətimi daha da artırır”

“Ölkəmizi FİFA l kateqoriya hakimləri arasında təmsil edəcəyimə görə qürur duyuram”.

Bunu İdman.biz-ə azərbaycanlı hakim Elçin Məsiyev deyib.

33 yaşlı referi FIFA-da I kateqoriyaya yüksəlməsini dəyərləndirib. O bildirib ki, bu, məsuliyyətimi daha da artırır: “Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməyə çalışacam. AFFA-ya, eləcə də AFFA Hakimlər Komitəsinə mənə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycanda ilk I kateqoriyalı hakim Əliyar Ağayevdir.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr