AZ

Zəfər seçkisi: Yüksək etimad və “Daha güclü Azərbaycan” naminə yeni tarixi dövrün başlanğıcı

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Prezident İlham Əliyev Azərbaycan xalqının tam dəstəyini qazanmış, etibarlı mandatını əldə etmişdir. Bu, Azərbaycan xalqının öz qüdrətli liderinə bəslədiyi sarsılmaz inamın, ümumxalq məhəbbətinin və yüksək etimadının parlaq təntənəsi idi. Zəfər seçkisi ilə Azərbaycanda yeni tarixi dövrə qədəm qoyuldu. “Daha güclü Azərbaycan” naminə həyata keçirilən genişmiqyaslı islahatlar yeni tarixi dövrün əsas hədəflərini əks etdirir.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı quruculuq-abadlıq və yenidənqurma işləri, Böyük Qayıdış Proqramının uğurla yerinə yetirilməsi ölkəmizdə həyata keçirilən ən böyük tədbirlərdən sayılır. Eyni zamanda bu gün Azərbaycanın dünyada nüfuzu və iqtisadi-siyasi gücü durmadan artır. Azərbaycanın mötəbər beynəxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsi dünyanın ölkəmizə etimadının göstəricisi, beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzunun təsdiqidir.Prezident İlham Əliyevin bəyan etdiyi yeni tarixi dövr çoxtərəfli və çoxcəhətli olmaqla özündə ən mühüm strateji hədəfləri birləşdirir və özlüyündə daha güclü Azərbaycanın qurulmasına xidmət edir.Hazırda müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasətinin işığında yeni tarixi dövrün vəzifələrini uğurla həyata keçirərək daha böyük gələcəyə doğru inamla irəliləyir.Laura Quliyeva Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru

phrase_var_article.chosen
4
missiya.az

1phrase_var_article.sources