"Hazırda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında təkbətək görüş planlaşdırılmır".
Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Trampın andiçmə mərasimindən əvvəl görüş ehtimalının və ya şəxsən təmaslar üçün hansısa səbəbin olub-olmaması ilə bağlı suala cavab verərək bildirib ki, indiyə qədər bu barədə heç bir real impuls olmayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Putinlə Ukrayna münaqişəsinin həlli üzrə görüş keçirmək imkanını gözlədiyini bildirib. Dekabrın 19-da Putin mətbuat konfransı zamanı Trampla söhbətə və hər an görüşməyə hazır olduğunu deyib.
Firuzə Əliyeva