AZ

TikTok bu ölkədə bağlanır

TikTok gənclər arasında zorakılığa səbəb olduğuna görə Albaniyada qadağan edilir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Albaniyanın Baş naziri Edi Rama məlumat verib.

Qərarın verilməsinə səbəb isə noyabrda Albaniyada TikTok-da başlayan mübahisədən sonra tələbənin bıçaqlanaraq öldürülməsi olub. 

Hadisədən sonra cinayəti dəstək verən şəxslərin TikTok-da paylaşım etməsi ölkədə müzakirələrə səbəb olub. 
Rama bildirib ki, “TikTok” Çində ənənələri və təhsili təbliğ etdiyi halda digər ölkələrdə palçıq və iyrəncliyi göstərir.

Yeni qərara əsasən, Albaniyada 2025-ci ildən etibarən TikTok bir il müddətinə qadğan edilib.

Qeyd edək ki, dünyada 1 milyarddan çox istifadəçisi olan TikTok ABŞ-da casusluqda və Rumıniyada seçkilərin nəticələrini manipulyasiya etməkdə ittiham edilir.

Billurə

Seçilən
20
3
olke.az

4Mənbələr