Qış fasiləsində "Kəpəz"də baş məşqçi dəyişikliyi ola bilər.
İdman.biz xəbər verir ki, Sport24.az-a daxil olan məlumata görə, "sarı-göylər"in rəhbərliyi komandanın "sükanını" Şahin Diniyevə tapşırmaq istəyir.
Klubun İdarə Heyətinin sədri İlqar Nadiri məsələ ilə bağlı artıq 2 dəfə Diniyevlə görüşüb. Görüşlər paytaxtdakı restoranların birində baş tutub.
"Sumqayıt"la matçdan sonra komandanın hazırkı çalışdırıcısı Azər Bağırovun sosial şəbəkədə azarkeşlərlə bağlı etdiyi duyğusal paylaşım da məhz bundan qaynaqlanır. Bağırov mətbuata açıqlamasında etiraf etməsə də, məsələdən xəbərdardır.
Qeyd edək ki, Azər Bağırov VI turda "Kəpəz"in baş məşqçisi təyin olunub. O, bu postda Adil Şükürovu əvəzləyib.
Ä°dman.biz