AZ

Paşinyandan Qarabağla bağlı ETİRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı danışıqlar yolu ilə Azərbaycana qayatramamaqda səhvə yol verdiyini dolayısı ilə etiraf edib. 

“Cebheinfo.az”-ın məlumatına  görə, Paşinyan bu barədə sosial şəbəkələrdə yazıb. 

Baş nazir qeyd edib ki, 1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi “Dağlıq Qarabağ”ın Azərbaycana qaytarılması ilə bağlı olub.

“Danışıqlar prosesinin başqa məzmunu olmayıb. Ermənistan Respublikasında başqa məzmunlu söhbətlər yalnız daxili siyasi məsələlərin həlli yönündə aparılıb. Bu kontekstdə mən çox böyük səhvə yol verdim. 2018-ci ildə aparılan danışıqların məzmunu ilə tanış olduqdan sonra bunu özümə etiraf etmədim (sizə məlum olan vətənpərvərlik modeli mənə bunu etməyə imkan vermədi) və buna görə də mən bütün bunları insanlara izah etmədim”- deyə Paşinyan yazıb.

Seçilən
11
cebheinfo.az

1Mənbələr