AZ

Rus ordusuna Su-57 və Su-34 verilib

Birləşmiş Təyyarə Korporasiyası Rusiya qoşunlarına yeni Su-34 bombardmançısı və ən son Su-57 qırıcısını təhvil verib.

Herbiand.az bildirir ki, bu barədə Korporasiyanın mətbuat xidmətindən məlumat verilib.

“Təhvil verilən Su-57 və Su-34 təyyarələri tezliklə xidmətdə olacaq. Su-34 bombardmançısı yüksək taktiki, texniki və döyüş xüsusiyyətlərinə görə pilotlar tərəfindən qiymətləndirilir. Su-57 qırıcısı “səmanın kralı”, operativ-taktiki təyyarə xəttində ən qabaqcıl maşındır”, - Birləşmiş Təyyarə Korporasiyasının daxil olduğu “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov deyib.

Su-34 bombardmançı təyyarənin maksimum uçuş çəkisi 45 tondur və 1900 km/saat sürətə çatır. Döyüş istifadə radiusu 2000 km-dən çox ola bilər. Təyyarənin döyüş yükü 8 tona qədərdir.

Su-57 - beşinci nəsil çoxməqsədli qırıcıdır. Təyyarə yüksək səviyyəli idarəetmə avtomatlaşdırılmasına və intellektual ekipaj dəstəyinə malik olan, dərin inteqrasiya olunmuş avionikanın prinsipcə yeni kompleksi ilə təchiz edilib. Açıq mənbələrə görə, Su-57-nin sürəti 2600 km/saat, uçuş məsafəsi isə təxminən 4300 km-dir.

Bəxtiyar CƏFƏRLİ



phrase_var_article.chosen
6
herbiand.az

1phrase_var_article.sources