AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Ötən həftə ABŞ Federal Ehtiyyatlar Sistemi FederalAçıq Bazar Komitəsinin bu ilin son toplantısında uçot dərəcələrininövbəti dəfə 0.25% endirdi. Lakin toplantı sonra FED sədri CeromPavelin şahin tonlu çıxışı fonunda dollar major valyutalarqarşısında kəskin bahalaşdı. EURUSD, GBPUSD valyuta cütlükləri1.0340 və 1.2470 səviyyələrinə qədər ucuzlaşmış, USDJPY, USDCHFməznnələri isə 157.920 və 0.90200 hədlərinə kimi bahalaşmışdır.Qızılın qiyməti isə 2726$ həddini test etdikdən sonra 2583$ həddinəqədər kəskin geriləyib.

Bundan başqa Amerikada açıqlanan ÜDM hesabatı və şəxsixərclərə dair statistik inflyasiya rəqəmləri də dollarınbirjalardakı qiymətlərinə dəstək oldu.

Ötən həftə, həmçinin, İngiltərə Bankı (BoC) vəYaponiya Bankı da faiz dərəcəsi ilə bağlı qərarlarını açıqladılar.Hər iki tənzimləyici qurum uçot dərəcəsini sabit saxladı.

Miladla əlaqədar qısa olacaq cari ticarət həftəsindəisə Amerikada açıqlanacaq “Conference Board” İstehlakçıların İnamİndeksi, İngiltərə və Kanadada dərc olunacaq ÜDM hesabatları,Yaponiya Mərkəzi Bankı (BoJ) tərəfindən yayımlanacaq İstehlakQiymətlərinin Baza İndeksi və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankınınfaiz qərarı birjaların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftə FED-in faiz qərarı sonrası 1.0340səviyyəsinə qədər kəskin ucuzlaşan EURUSD məzənnəsi hazırda 1.0440səviyyəsində ticarət olunur. “Ayılar” qiyməti 1.06$ həddininaltında qoruyub saxlaya bilsələr, eniş tendensiyası davam edəbilər.

GBP

Keçən həftəyə 1.2610 səviyyəsində başlayan GBPUSDməzənnəsi 1.2470 həddini test etdikdən sonra, buradan dəstəktaparaq bir qədər bahalaşdı və həftəni 1.2570 səviyyəsindətamamladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatıbirjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.27$ həddininaltında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Son həftələrdə üfüqi dalğalanma sərgiləyən qızıl ötənhəftə 2583$-a kimi ucuzlaşdı. Daha sonra bu səviyyədən dəstək tapan“sarı metal” 2631$-a kimi bahalaşdı. Hazırda 2627$-dan ticarətolunan qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstəkhəddləri kimi, 2600$ və 2536$ hədləri çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefonnömrəsi və ya www.investaz.az vebsaytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Seçilən
11
5
az.trend.az

6Mənbələr