AZ

Suriyanın yeni rəhbərliyinin İrana qarşı qərarı - İsraildən açıqlama

Hurriyyet.az xəbər verir ki, Əhməd əş Şarranın rəhbərlik etdiyi yeni hökumət İran təyyarələrinə Suriyanın hava məkanından istifadəni qadağan edib.

Qadağan əvvəlcə hərbi təyyarələrə, ardından ümumilikdə bütün aviasiya növlərinə şamil edilib.

Bu barədə İsrailin "Walla" portalı xəbər yayıb. İsraili təhlükəsizlik sahəsindəki mənbənin sayta verdiyi məlumata görə, bu addım hazırda Suriyadakı vəziyyətin dəyişməsinin, ölkənin Türkiyə ilə Qətərin orbitinə keçməsinin  ən parlaq təzahürüdür, həmçinin, yeni rejimin İrana və şiə qüvvələrinə münasibətini də əks etdirir.

İsraildən verilən açıqlamaya görə, Suriyanın yeni rəhbərliyinin bu qərarı İran yönümlü "Hizbullah" təşkiltının da hərbi potensialının bərpasını xeyli çətinləşdirir. Mənbələr xatırladırlar ki, İsrail də İranın Livana silah və hərbi müşavirlər göndərmək cəhdlərinə qarşı addımlar atır.

Hürr Tərcüman

Seçilən
10
hurriyyet.az

1Mənbələr