Türk Ağsaqqalları İctimai Birliyinin mərkəzi ofisində sabiq Baş nazir, keşmiş xarici işlər naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqalar Şurasında Azərbaycanın təmsilçisi Həsən Həsənovla görüş keçirilib. Qonağı salamlayan TAİB sədri Südeif İmamverdiyev Həsən Həsənovun keçdiyi həyat yolundan, dövlətimiz qarşısındakı xidmətlərindən məlumat verərək bildirib ki, tanınmış dövlət və siyasi xadim, dəyərli alim Həsən Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə hər zaman sadiqlik nümayiş etdirib.Ümummilli Lider Heydər Əliyevlə ilk tanışlığının tarixçəsi ilə çıxışına başlayan Həsən Həsənov Ulu Öndərin Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasında, dünyada tanıdılmasında tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün özünün müsbət nəticələrini verməkdədir. Məhz Prezident İlham Əliyevin idarəçilik bacarığı, əzmi sayəsində Azərbaycan bu gün dünyada sayılıb-seçilən dövlətə çevrilib.Görüşdə Südeif İmamverdiyev TAİB-in fəaliyyətindən, həyata keçirdiyi tədbirlər haqqında da qonağa məlumat verib.Sabiq Baş nazir isə öz növbəsində qədim tarixə malik olan ağsaqqallıq institutunun bu gün Azərbaycanda öz vəzifəsini layiqincə yerinə yetirməsindən söhbət açaraq TAİB-in fəaliyyətini də dəyərləndirib. O, bugün Türk Ağsaqqaları İctimai Birliyinin sıralarında ölkənin görkəmli ictimai-siyasi və elm xadimlərinin, tanınmış nümayəndələrin, nüfuzlu ağsaqqalların təmsil olunduqlarını və aktiv fəaliyyət göstərdiklərini yüksək qiymətləndirib.Daha sonra Həsən Həsənov TAİB gənclərinin suallarını cavablandırıb.Nurlana ƏhmədovaMissiya.Az