Bakı. Trend:
Lider mobil operator yerli bazarda tokenləşdirilmişbalans artımını təklif edən ilk mobil operatoroldu
Ən innovativ rəqəmsal həlləri müştəriləri üçün əlçatan etməyihədəfləyən Azercell bu dəfə mobil ödənişlərin asanlığı təmin edir.Lider mobil operator “Apple Pay” və “Google Pay”in “Azercell” mobiltətbiqinə inteqrasiyasını reallaşdırır.
Bu yenilik istifadəçilərə mobil balanslarını tez, təhlükəsiz vərahat şəkildə artırmağa imkan verir, kart məlumatlarını manualolaraq daxil etmək ehtiyacını aradan qaldırır.
“Apple Pay” və “Google Pay”ın “Azercell” mobil tətbiqinəinteqrasiyası ödənişləri biometrik autentifikasiya və ya xüsusiödəniş funksiyası vasitəsilə saniyələr ərzində həyata keçirməyəimkan verir. Eyni zamanda, yeni ödəniş üsulu istifadəçiməlumatlarını qorumaq və əngəlsiz əməliyyat prosesini təmin etməküçün qabaqcıl tokenizasiya texnologiyalarından (istifadəçilərinkart məlumatlarının şifrələnməsi) istifadə edərək əməliyyattəhlükəsizliyini də yüksək səviyyədə təmin edir.
Əlavə məlumat üçün: https://www.azercell.com/az/