Mövsümün əvvəlindən bəri ilk “Real Madrid”in əsas heyətində gec-gec yer alan Arda Gülerlə bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, “Bayer Leverkuzen”in Ardanı transfer etmək üçün səylərini davam etdirdiyi irəli sürülür. İddialara görə, Almaniya klubu mövsümün fasiləsində Ardanı heyətə cəlb etmək istəyir. “Bayer Leverkuzen”ə yaxınlığı ilə bilinən jurnalist Manni Sedlbauerin məlumatına görə, Arda “Real”ın əsas heyətinə gec-gec düşdüyü üçün xoşbəxt deyil və “Bayer Leverkuzen” bundan istifadə edə bilər. Onun sözlərinə görə, Alman klubu Ardanı icarəyə götürmək istəyir və klub hələlik onu birdəfəlik transfer etməyi nəzərdən keçirmir. Manni Sedlbauer bildirib ki, “Bayer Leverkuzen”də Arda Gülerin oynadığı mövqelərdə yaxşı oyunçular var, lakin Xabi Alonso xüsusilə Bundesliqa, Almaniya Kuboku və Çempionlar Liqasında rotasiya etməyi sevir.