“Böyük Qayıdış” layihəsi çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında deyib.
O qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib.
2024-cü ilin yanvarından bu günədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub.
Müəllif: Şəbnəm Zahir