Gürcüstan prezidenti Salome Zurabişvili növbəti mitinqdə hakim “Gürcü arzusu” partiyasından bir həftə ərzində yeni parlament seçkilərinin tarixini təyin etməyi tələb edib.
Editor.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” Teleqram kanalında məlumat verilib. Tədbirdə siyasətçi onun çıxışını pozmağa çalışdıqlarını bildirib. Xanım Zurabişvili bu gün texniki nasazlıqlara görə səhnədən danışa bilmədiyi üçün ölkədəki mövcud vəziyyətlə bağlı vətəndaşlar üçün videomüraciət dərc edəcəyinə söz verib. “Onlar mənə söz veriblər ki, tezliklə dəmir barmaqlıqlar arxasında qalacağam, amma qorxmuruq” deyə o, mikrofonu söndürməzdən əvvəl vurğulayıb.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze xanım Zurabişvilini səlahiyyət müddəti bitdikdən sonra dekabrın 29-da vəzifəsindən getməkdən imtina edərsə, onu cinayət məsuliyyəti ilə hədələmişdi.
Gürcüstan müxalifəti, eləcə də xanım Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. Noyabrın 4-dən ölkə boyu etiraz aksiyaları keçirilir.
//Samir Qurbanov, Editor.az