Lider mobil operator yerli bazarda tokenləşdirilmiş balans artımını təklif edən ilk mobil operator oldu

Ən innovativ rəqəmsal həlləri müştəriləri üçün əlçatan etməyi hədəfləyən Azercell bu dəfə mobil ödənişlərin asanlığı təmin edir. Lider mobil operator “Apple Pay” və “Google Pay”in “Azercell” mobil tətbiqinə inteqrasiyasını reallaşdırır.

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

Bu yenilik istifadəçilərə mobil balanslarını tez, təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir, kart məlumatlarını manual olaraq daxil etmək ehtiyacını aradan qaldırır.
“Apple Pay” və “Google Pay”ın “Azercell” mobil tətbiqinə inteqrasiyası ödənişləri biometrik autentifikasiya və ya xüsusi ödəniş funksiyası vasitəsilə saniyələr ərzində həyata keçirməyə imkan verir. Eyni zamanda, yeni ödəniş üsulu istifadəçi məlumatlarını qorumaq və əngəlsiz əməliyyat prosesini təmin etmək üçün qabaqcıl tokenizasiya texnologiyalarından (istifadəçilərin kart məlumatlarının şifrələnməsi) istifadə edərək əməliyyat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.
Əlavə məlumat üçün: https://www.azercell.com/az/

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz