AZ

TƏBİB-ə 24 mindən çox vətəndaş müraciəti daxil olub -İcraçı direktor

“2024-cü ildə TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin sayı və onların strukturlaşmış şəkildə cavablandırılması, həmçinin minnətdarlıq məktubları və təşəkkür zənglərinin artımı müşahidə edilib”.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB-ə elektron sənəd dövriyyəsi sistemi üzərindən və kağız daşıyıcıda ümumilikdə 24 min 265 vətəndaş müraciəti (birbaşa vətəndaşlardan və təşkilatlardan vətəndaşla bağlı) daxil olub: “Bu müraciətlərdən 13 min 120-si ərizə, 11 min 117-si şikayət, 28-i isə təklif olub. TƏBİB-in rəsmi elektron poçt ünvanına isə 23 min 247 müraciət daxil olub. 

2024-cü ilin 11 ayı ərzində TƏBİB-də 5 561 vətəndaşın qəbul edilməsi təmin edilib. Cari ilin 11 ayı ərzində Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin sayı isə 101 min 853 olub”.

Yaqut Ağaşahqızı, "İki sahil"

phrase_var_article.chosen
6
8
ikisahil.az

9phrase_var_article.sources