AZ

“Ekol Mühəndislik Xidmətləri”nin gəlirləri azalıb, mənfəətdən zərərə keçib - HESABAT

“Ekol Mühəndislik Xidmətləri” QSC 2023-cü ilin konsolidə edilmiş maliyyə hesabatnı açıqlayıb.

FED.az xəbər verir ki, QSC ötən ili 2 milyon 340 min manat xalis zərər ilə başa vurub. Halbuki, 2022-ci ili 1 miylon 856 min manat xalis mənfəət ilə bağlamışdı. 

“Ekol Mühəndislik Xidmətləri”nin  gəlirləri 2022-ci ildə 40 milyon 905 min manat ikən, 2023-cü ildə 35 milyon 66 min manata düşüb. Gəlirlər son bir il ərzində 5 milyon 839 min manat və ya 14,3% azalıb. 

Şirkətin cəmi xərcləri və məsrəfləri 1 milyon 177 min manat, başqa sözlə 3% azalaraq 35 milyon 495 min manata düşüb.

QSC-nin əmək haqqı ödənişləri 359 min manat (1,6%) azalaraq 21 milyon 444 min manata düşüb.

Köhnəlmə və amortizasiya xərcləri 2 milyon 787 min manata, istifadə olunmuş xammal və xərc materiallarının dəyəri 2 milyon 279 min manata, subpodratçılar tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1 milyon 306 min manat, kommunal xərclər 459 min manat, birgə müəssisədəki investisiyanın dəyərsizləşməsi 351 min manat, icarə xərcləri 99 min manat, sair xərclər 7 milyon 59 min manat, törəmə müəssisənin alınması üzrə gəlri isə 289 min manat təşkil edib.

image

image

Seçilən
5
fed.az

1Mənbələr