2024-cü ildə futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 180 oyun (2023/2024 və 2024/2025 mövsümləri daxil olmaqla) keçirilib.
Arena.az xəbər verir ki, 2023/2024-cü illər mövsümünün ikinci, cari çempionatın isə ilk yarısını əhatə edən bu matçlarda 472 qol vurulub.
9 komanda hər iki mövsümdə, “Qəbələ” və “Şamaxı” yarım il ərzində Premyer Liqada mübarizə aparıb.
İlin ən yaxşısı “Qarabağ” olub. 36 matçda 89 xal toplayan Qurban Qurbanovun yetirmələri böyük fərqlə digər komandaları üstələyiblər. 28 qələbəsi olan Ağdam klubu qol sayında “100”ün bir addımlığında qalıb.
“Sabah” ikinci, “Zirə” üçüncü göstəriciyə malikdir. Qəsəbə klubu 36 oyun keçirənlər arasına ən az top buraxan komandadır.
Premyer Liqa klublarının 2024-cü il üçün göstəricilərini təqdim edirik:
1 | Qarabağ | 36 | 28 | 5 | 3 | 99-30 | 89 |
2 | Sabah | 36 | 17 | 11 | 8 | 52-42 | 62 |
3 | Zirə | 36 | 17 | 8 | 11 | 48-28 | 59 |
4 | Turan Tovuz | 36 | 15 | 13 | 8 | 48-40 | 58 |
5. | Sumqayıt | 36 | 14 | 8 | 14 | 33-41 | 50 |
6 | Araz-Naxçıvan | 36 | 14 | 7 | 15 | 32-44 | 49 |
7 | Neftçi | 36 | 11 | 12 | 13 | 46-50 | 45 |
8 | Kəpəz | 36 | 9 | 5 | 22 | 40-79 | 32 |
9 | Səbail | 36 | 6 | 7 | 23 | 40-63 | 25 |
10 | Şamaxı | 18 | 4 | 5 | 9 | 16-23 | 17 |
11 | Qəbələ | 18 | 3 | 3 | 12 | 18-32 | 12 |