AZ

“Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsi başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid AilələrinəDəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki MədəniyyətMərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış QarabağMəktəbləri” V Qış Düşərgəsinə start verilib.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, bu il düşərgə Azərbaycanın qəhrəman şəhidlərininuşaqlarının və Moldovada yaşayan soydaşlarımızın övladlarınıniştirakı ilə keçirilir. Azərbaycan Diasporuna Dəstək Fondununicraçı direktoru Əkrəm Abdullayev düşərgə iştirakçılarınısalamlayıb və artıq ənənə halını alan bu layihənin əhəmiyyətibarədə məlumat verib.

Daha sonra çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimaiBirliyinin rəhbəri Sevinc Orucova layihənin gerçəkləşdirilməsindəəməyi keçən hər kəsə təşəkkürünü bildirib və bütün düşərgəiştirakçılarına uğurlar arzulayıb.

Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəkiMədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov isə dünyanın müxtəlifbölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən budüşərgənin artıq 5-ci dəfə keçirilməsindən böyük sevinc və qürurhissi duyduğunu bildirib. Çıxışlarda layihənin gələcəkdə də eyniaxarda davam edərək dünya azərbaycanlılarının həmrəyliyinə töhfəverəcəyinə ümid ifadə olunub.

Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixində baş tutandüşərgəyə Azərbaycandan şəhid uşaqları və Moldovadansoydaşlarımızın övladları daxil olmaqla 12-15 yaş arası 20 məktəbliqatılıb. Düşərgə ərzində iştirakçılara müxtəlif istiqamətli peşəkartəlimlər keçiriləcək, həmçinin Bakı şəhərinin tarixi-turistikməkanlarına ekskursiyalar təşkil olunacaq.

“Qardaşlaşmış
“Qardaşlaşmış
“Qardaşlaşmış
Seçilən
13
az.trend.az

1Mənbələr