AZ

Premyer Liqa: “Turan Tovuz” 1-ci, “Qarabağ” 4-cü oldu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün ilk yarısında 90 oyun keçirilib.

Arena.az xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb.

Orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu 10-cu turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə 11-ci turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

Premyer Liqa klublarının cari mövsümdəki azarkeş göstəriciləri belədir:

yerkomandaoyuntamaşaçıOrta
1Turan Tovuz9397004411
2Neftçi9219312437
3Sumqayıt9214502383
4Qarabağ9138201536
5Sabah9129041434
6Şamaxı998001089
7Kəpəz996501072
8Səbail96500722
9Zirə96400711
10Araz-Naxçıvan92200244
  Cəmi901443551604
phrase_var_article.chosen
7
4
arena.az

10phrase_var_article.sources