AZ

Vüqar Qurbanov: "Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır".
Oxu.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçirilib:
"Həmçinin "103" Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması və təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi ilə bağlı işlər görülüb, müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır. Eyni zamanda, vərəm, çarpayı, təxliyə kimi modullar hazırlanıb və 2025-ci ilin ilk aylarında tabeli tibb müəssisələrimizdə tətbiq olunacaq.
Fizioterapiya, şəkərli diabet, epikriz və digər modullar, eləcə də tibb müəssisələrinin veb-saytlarının qurulması, qurumun veb-saytının təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mobil tətbiqlərin qurulması kimi fəaliyyətlərin miqyası da genişləndirilib".
Aygün Mirakif
Seçilən
5
oxu.az

1Mənbələr