AZ

TƏBİB-in icraçı direktorundan əməliyyatlarla bağlı AÇIQLAMA

2024-cü ildə 772 endoprotez əməliyyatı həyata keçirilib. Cari ildə Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Nizami Tibb Mərkəzi, Quba, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanalarında endoprotezləşdirmə əməliyyatlarının icrası təmin edilib.

Musavat.com xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

"Hazırda bu müəssisələrlə yanaşı, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Qusar, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları da daxili olmaqla 13 tibb müəssisəsində mürəkkəb travmatoloji və endoprotezləşdirmə əməliyyatları uğurla icra olunur və 2024-cü il ərzində ümumilikdə 772 endoprotez əməliyyatı həyata keçirilib", - o qeyd edib.

V.Qurbanov bildirib ki, yeni oftalmologiya şöbələri yaradılıb:

"Bu il Nizami Tibb Mərkəzində, Qobustan Rayon Mərkəzi Xəstəxanasında oftalmologiya şöbəsi yaradılıb, oftalmoloji cərrahi əməliyyatların icrasına başlanılıb.

Hazırda Respublika Klinik Xəstəxanasında, Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinikada, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Füzuli, Ağdam rayon mərkəzi xəstəxanalarında oftalmoloji cərrahi əməliyyatlar icra olunur. 2024-cü ilin 11 ayında 24 282 oftalmoloji əməliyyat həyata keçirilib".

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
1
2
musavat.com

4Mənbələr