İtaliya A Seriyasının 17-ci turunda "Parma"nı 5:0 hesabı ilə məğlub edən "Roma"nın baş məşqçisi Klaudio Ranyeri böyükhesablı qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:
"Bu "Roma"nın cari mövsüm özünün ən yaxşı versiyası olub-olmadığını deyə bilmərəm, amma dəqiq olan budur ki, mükəmməlləşmək lazımdır. Uşaqlar "Komo" ilə oyunun ikinci hissəsini unudaraq "Parma"ya qarşı mübarizə aparmalıydılar və bunu bacardılar. İndi biz Milad bayramını yaxşı keçirə bilərik. Bayramdan sonra isə daha yaxşı oynamalıyıq. Çünki "Roma" artıq səkkiz aydır ki, A Seriyasında səfərdə qələbə qazanmır. Komandanın evdə bir, səfərdə başqa komandaya bənzəməsi həqiqət deyil. "Oyanmaq" və daha yaxşı hərəkət etmək vacibdir".
Qeyd edək ki, hazırda 19 xalı olan "canavarlar" A Seriyasının turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıblar.
Nihat