Azərbaycan Respublikasının Milli Məclisi növbəti tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az etender.gov.az saytına istinadən xəbər verir ki, yeni müsabiqəyə əsasən parlament üçün kompüter və bir sıra İT avadanlıqlarının satın alınması həyata keçiriləcək.
Qeyd edək ki, tenderin qalibi “XEROPC” MMC olub. Bu şirkətlə 224.845,46 manatlıq satınalma müqaviləsi imzalanıb.
Açıq mənbələrdə bildirilir ki, “XEROPC” MMC Milli Məclisin ilk dəfə deyil ki, tenderini udub. Hələ ötən ilin yayında keçirilən tenderin də qalibi sözügedən şirkət olub. Belə ki, Milli Məclis “Çoxfunksiyalı mətbəə tipli çap mərkəzi avadanlıqları, serverlərin təkmilləşdirilməsi üçün İT avadanlıqları, kompüter, katric, toner və digər periferiya qurğularının satın alınması” üzrə tenderini “XEROPC” MMC-yə verib. Həmin vaxt isə parlament şirkətlə 1 413 413 manatlıq satınalma müqaviləsi imzalayıb.
Bildirək ki, «XEROPC» MMC 1993-cü ildən “XEROX” Ltd şirkətinin rəsmi “Premyer-Partnyoru” olan “AYHAN-M” şirkətinin rebrendinq şirkətidir. Bildirək ki, nizamnamə kapitaklı 10 AZN olan qalib şirkətin qanuni təmsilçisi İlqar Muxtarlı Şahhüseyn oğludur .
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less