AZ

NATO müdafiə xərclərinin az olması səbəbindən ciddi problemlər barədə xəbərdarlıq edib

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, müdafiə xərcləri artırılmalı, müdafiə sənayesi gücləndirilməli və istehsal genişləndirilməlidir.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

O qeyd edib ki, Şimali Atlantika Alyansı hələ uzunmüddətli perspektivdə özünü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etməyib.

"Müdafiə xərclərini artırmasaq, 4-5 ildən sonra ciddi problemlərlə üzləşəcəyik", -deyə Rutte bildirib. O, həmçinin qeyd edib ki, Rusiyanın indi NATO ərazisinə hücum etmək ehtimalı yoxdur.

"İndi qorxmaq lazım deyil, amma uzunmüddətli perspektivdə mən narahatam", - baş katib əlavə edib.

Seçilən
5
operativmm.az

1Mənbələr