"1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gedir".
Adalet.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb:"Danışıqlar prosesinin başqa məzmunu yox idi, başqa məzmunlu söhbətlər Ermənistan Respublikasında sırf daxili siyasi problemlərin həlli üçün aparılıb.
Bu kontekstdə mən böyük bir səhvə yol verdim: 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd olunanları özümə etiraf etmədim (Sizə məlum olan vətənpərvərliyim bunu etməyə imkan vermədi) və buna görə də həmin məsələləri xalq üçün aydınlaşdırmadım".
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülh sazişinin 17 maddədən ibarət olduğunu, 15 maddənin razılaşdırıldığını, 2 maddənin isə müzakirə edildiyini açıqlayıb. Bu səbəbdən erməni revanşistlər tərəf olaraq Paşinyanı günahkar hesab edir.
Əntiqə Rəşid