TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bugünkü mətbuat konfransında şəkərli diabet xəstələrinin zəruri preparatlarla təmin olunduğunu bildirib.
Musavat.com-un xəbərinə görə, V.Qurbanov deyib ki, şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub.
O əlavə edib ki, B və C virus hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiya tərəfindən isə 1 dekabr 2024-cü il tarixinə olan məlumatlara əsasən 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib.
Nigar HƏSƏNLİ,
Musavat.com